3 yaşlı oğlunu evdə tək qoyan valideynlər saxlanılıb

3 yaşlı oğlunu evdə tək qoyan valideynlər saxlanılıb

Sankt-Peterburqda 3 yaşlı oğlunu gəzməyə çıxarkən mənzildə tək qoyan valideynlər saxlanılıb. Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, uşağın nənəsi fevralın 29-da polisə müraciət edib.

O, valideynlərinin nəvəsini Novatorov bulvarında yerləşən kimsəsiz mənzildə nəzarətsiz qoyduğunu və ikinci gündür ki, evə qayıtmadıqlarını bildirib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilin qapısını açıblar. 3 yaşlı uşaq içəridə olub və o təcili olaraq xəstəxanaya yerləşdirilib.

...Cinayəti törətməkdə şübhəli bilinən uşağın işsiz valideynləri - 46 yaşlı ana və 45 yaşlı ata saxlanılıblar.

Qeyd edilməlidir ki, ailənin qeyri-funksional kimi qeydiyyata alındığı məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə