Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Xaçmazda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ 2107 və VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə