Gəncədə iki nəfər dəm qazından zəhərlənib. SİA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.
1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə hər iki şəxs yaşadıqları evdə dəm qazında zəhərlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB