Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, hadisə şəhərin Abbas Səhhəd adına Xəstəxananın Nevrologiya və Terapiya Şöbəsində qeydə alınıb.

Həmin şöbədə müalicə alan Gədəbəy rayon sakini, 1960-cı il təvəllüdlü M.Mahmudov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə