FHN əməkdaşları 3 yaşlı uşağı xilas edib - VİDEO

FHN əməkdaşları 3 yaşlı uşağı xilas edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.

https://youtu.be/qeQVfeoPpBc

Bütün xəbərlər Facebook səhifəmizdə