Qəza nəticəsində gənc qadın ölüb...

Moskvada üç avtomobilin toqquşmasına görə, ölümlə nəticələnən qəza baş verib.

Paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, qəza Batayski proezdində qeydə alınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, "Mercedes"in sürücüsü iki avtomobilə çırpılıb.

Zərbənin təsirindən taksi olan avtomobillərdən biri aşıb. Hadisə nəticəsində 25 yaşlı taksi sərnişini ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Nəzarət orqanı qeyd edib ki, yol qəzasının günahkarı 30 yaşlı kişi tibbi müayinədən keçməkdən imtina edib.

... Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan, sərxoş vəziyyətdə törədildikdə) beş ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yaxın vaxtlarda məhkəmə sürücünün təqsiri nəticəsində ölən gənc qadının həbsi ilə bağlı məsələni həll edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə