Qatar üç yaşlı uşaqğı vurub...

Buryatiyada üç yaşlı uşaq faciəli şəkildə ölüb. Körpəni qatar vurub.

SİA-nın əldə etdiyi məlumata görə, regional nəqliyyat prokurorluğunun mətbuat xidməti xəbər verir ki, qəza şənbə günü, martın 2-də səhər saatlarında Şərqi Sibir dəmir yolunun 5419-cu km-də, Kabanski rayonunun Tanxoy kəndi yaxınlığında qeydə alınıb.

Yük qatarı nənəsi ilə dəmiryolunu keçən uşağı vurub. Toqquşma nəticəsində uşaq ölümcül xəsarətlər alıb, nənəsi sağ qalıb.

Hazırda hadisənin bütün şəraiti müəyyən edilir. Hadisə yerində Buryatiyanın nəqliyyat prokurorunun müavini, eləcə də istintaq-əməliyyat qrupu işləyir.

Hadisə ilə bağlı istintaq orqanları Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə