Yük maşını piyadanı vurub öldürdü

Yük maşını piyadanı vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.

64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq G.Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə