Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə