Bakıda evdən 12 min manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB