Bərdədə baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub

Bərdədə “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

Ağır yol qəzasında 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu və 1986-cı il təvəllüdlü Qasımov Eldəniz Ələkbər oğlu ölüblər. 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-ci il təvəllüdlü Qasımov Elçin Nasif oğlu isə xəsarət alıblar.

21:04

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90 DN 287 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mercedes”in toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə