Bərdədə ağır yol qəzası: iki nəfər ölüb, dörd nəfər yaralanıb

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90 DN 287 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mercedes”in toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə