Ötən sutka ərzində 33 halda yanğına çıxış olub - FHN

Ötən sutka ərzində 33 halda yanğına çıxış olub - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə