Kürdəmirdə silah-sursat aşkarlanıb

Kürdəmirdə silah-sursat aşkarlanıb

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 avtomat, 1 daraq və 6 patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə