Dağıstanın Buynaksk şəhərində atışma olub

Dağıstanın Buynaksk şəhərində atışma olub

Dağıstanın Buynaksk şəhərində atışma nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib. ... ...Dağıstanın Buynaksk rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 3-cü hissəsi ilə adam öldürməyə cəhd faktı ilə cinayət işi açıb.

...Hadisə yerinə yerli hüquq-mühafizə orqanları gəlib və hadisə ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları şəhər sakinlərinə müraciət edərək, cinayətkarların istintaqına və həbsinə kömək edə biləcək hər hansı məlumatı təqdim etməyə çağırır.

Hazırda atışmada iştirak edənlərin motivləri dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları təqsirkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri əsirgəməyəcəklərinə söz verirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə