Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə ölümlə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, 1995-ci il təvəllüdlü Rzayev Elvin Qinyaz oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçməkdə olan 1988-ci il təvəllüdlü Vəliyev Aqşin Rafil oğlunu vurub.

Nəticədə Aqşin Vəliyev xəstəxana yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə