Tbilisinin mərkəzindəki “Qalereya” ticarət mərkəzində yanğın olub

Bu gün axşam saatlarında Azadlıq meydanında yerləşən “Qalereya” ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib. Səbəb həyəcan siqnalı yanğın sirenasının işə düşüb olub.

SİA-nın əldə etdiyi məlumata görə, Tbilisinin tam mərkəzində yerləşən “Qalereya” Tbilisi böyük ticarət mərkəzində bu gün işçilər və ziyarətçilər təcili təxliyə edilib. Qeyd edək ki, həyəcan siqnalı təlim siqnalı deyildi - yanğın siqnalı pərakəndə satış məntəqələrindən birində tüstü görünəndən sonra işə düşüb.

“Sputnik Gürcüstan” xəbər verir ki, siren səsləndikdən sonra məsləhətçilər bütün ziyarətçilərdən və ticarət mərkəzinin əməkdaşlarından Azadlıq meydanındakı binanı tərk etməyi tələb ediblər və bu, dərhal həyata keçirilib.

Daha sonra ticarət mərkəzinin rəhbərliyi məlumat verib ki, evakuasiya ticarət mərkəzlərindən birində tüstülənmə səbəbindən həyata keçirilib, xoşbəxtlikdən problem qısa zamanda aradan qaldırılıb və tələfat yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə