Yeni il günü itkin düşən 11 yaşlı qız ölü tapılıb

...Pskov vilayətinin Polonoe kəndində 2024-cü il yanvarın 1-də yoxa çıxan 11 yaşlı yerli sakinin meyiti tapılıb. Uşağın meyiti yaşadığı kəndin yaxınlığında tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertiza azyaşlının ölümünün dəqiq səbəbini müəyyən edəcək.

Qeyd edək ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bundan əvvəl Pskov vilayətinin 11 yaşlı sakininin ölümü ilə bağlı cinayət işi üzrə aparılan istintaqın gedişi və nəticələrinə nəzarət etməyi tapşırıb.

Bundan əvvəl Sankt-Peterburq patrul xidmətinin əməkdaşı Novosibirskdə 15 yaşlı məktəblinin bərbərə getdikdən sonra yoxa çıxması barədə məlumat vermişdi. Aleksandr Bastrıkin itkin düşən qızın işi üzrə aparılan istintaqın nəticələri barədə ona məlumat verməyi tələb edib. Yeniyetmə sonuncu dəfə tibbi maska ​​taxarkən metronun yaxınlığında görüntülənib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə