Abşeron rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

Abşeron rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə