İtini gəzdirən kişi 9 kq narkotik tapıb

Leninqrad vilayətində itlə gəzintiyə çıxan sakin bir neçə kiloqram narkotik anbarı tapıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, insident ötən cümə günü, fevralın 23-də Vsevoljsk şəhərində baş verib.

Rus polisə müraciət edərək bildirib ki, iti ilə gəzərkən “Dizel” SNT ərazisində narkotik tapıb.

Torbalarda, demək olar ki, doqquz kiloqram qadağan olunmuş maddələr gizlədilibmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin məlumatını yoxlamaq üçün hadisə yerinə gələrək kisələrdə ağ toz tapıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə