Avtomobil qadın piyadanı vuraraq öldürüb

Bakıda avtomobil qadın piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Asim Məmmədov idarə etdiyi "Mersedes C230" markalı avtomobillə yolu keçmək istəyən Sevda Sultanovanı vurub. Nəticədə piyada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə