4 otaqlı evdə YANĞIN

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə