Məktəbdən meyit tapıldı

Siyəzən şəhərində məktəbdə meyit tapılıb. SİA xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib. Meyiti tapılan şəxsin məktəbdə mühafizəçi işləyən, 59 yaşlı Alim Qafarov olduğu bildirilir.

Onun hansı səbəbdən ölməsi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə