Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə