Məktəblilər bir gündə iki dəfə eyni mağazanı qarət ediblər

Məktəblilər bir gündə iki dəfə eyni mağazanı qarət ediblər

Novosibirsk şəhərinin Leninski rayonunda məktəblilər iki dəfə ərzaq mağazasını qarət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya Pravda” xəbər verir.

Qeyd edək ki, supermarket işçiləri hər iki dəfə polisə müraciət ediblər. Məlum olub ki, bəzi uşaqların oğurluqda tutulması ilk dəfə deyil.

Oğrular sakitcə energetik içkiləri, hazır sendviçləri, meyvə içkilərini götürmək istəyiblər. Lakin mühafizəçilər hər dəfə onları yaxalayırdılar. Yenidən oğurluq edərkən yaxalananlar polis şöbəsinə aparılıb.

Oğru şagirdlər konfet oğurlamağa da cəhd ediblər. İndi uşaqlar şöbədədir, müstəntiqlər onlarla danışır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə