1500 manatlıq lotereya biletləri və notbuklar oğurlandı

Bakıda lotereya biletləri və notbuklar oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə