Bakıda qadın avtomobil qəzasında ölüb

Bakının Nərimanov rayonunda qadın avtomobil qəzası zamanı ölüb. SİA xəbər verir ki, 21 fevral 2024-cü il tarixdə saat 08 radələrində 1984-cü il təvəllüdlü Mehtiyev Emil Qəzənfər oğlu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 20 ünvanın qarşısında hərəkətdə olarkən idarə etdiyi "Mazda" markalı avtomobil ilə yolu keçən piyada 1967-ci il təvəllüdlü Rzaquliyeva Yaqut Əbdülqasım qızını vurmuş, sonuncu almış olduğu xəsarətlərlə bağlı yerləşdirildiyi "Kliniki Tibbi Mərkəz" PHŞ-də ölüb.

Faktla bağlı Nərimanov RPİ-nin İş-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə