Vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə