33 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb

Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb. SİA xəbər verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə