Bakıda məsciddə yanğın olub

Bakıda məsciddə yanğın olub. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Məscidin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə