Qızına zorakılıq edən ata saxlanıldı, cinayət işi açıldı - YENİLƏNİB

Qızına zorakılıq edən ata saxlanıldı, cinayət işi açıldı - YENİLƏNİB

Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma aparılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, sözügedən Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub.

"Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir", - məlumatda deyilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, uşaq və ananın təhlükəsizliyi təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə