…Omskdan olan doqquz yaşlı uşaq öz nənəsi tərəfindən çəkiclə “döyüldükdən” sonra reanimasiyada ayılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin Omsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Həkimlər uşağı adi palataya köçürməyi planlaşdırırlar. Xatırladaq ki, fevralın 16-da Omskdakı yaşayış binalarından birində nənə, çəkic götürərək nəvəsinin başına azı üç dəfə zərbə endirib.
Uşaq dərhal huşunu itirdi.
Daha sonra nənə bıçağı götürərək 86 yaşlı anasına hücum edib.
Bu zaman gənc valideynlər mətbəxdə səhər yeməyi yeyirmişlər. Qışqırıqları eşidib dərhal otağa qaçıblar.
Bu an nənə boynundakı şah damarlarını artıq kəsibmiş. Hazırda şübhəlinin vəziyyəti ağır olaraq reanimasiyadadır. Polis qadının ağlı başında olub-olmadığını müəyyən etməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB