Lənkəranda qızılcadan öldüyü bilinən azyaşlı ilə bağlı TƏBİB açıqlama verib. Qurumdan SİA-ya verilən məlumatına görə, 05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.
Xəstənin vəziyyətinə uyğun olaraq o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB