Türkiyə serialının müğənni və aktrisası Sevda Ferdağ (əsl adı Lütfiyə Dumrul – A.B.) dünyasını dəyişib.
Ulduz uzun sürən xəstəlikdən sonra İstanbuldakı evində dünyasını dəyişib.
SİA-nın əldə etdiyi məlumata görə, onun 81 yaşı var idi. Bu barədə Türkiyənin bir sıra KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Ferdağ “Kral nəğmədir”, “Ömrün qiyməti”, “Məhəbbət gözəldir”, “Gəlin”, “Eşq dağlarda gəzir”, “Çətin romantika”, “Gizli” və s. filmlərindəki rolları ilə tanınıb.
Təbii ki, bunlar aktrisanın çəkildiyi filmləin tam siyahısı deyil.
Xatırladaq ki, Sevda Ferdağ 1942-ci il avqustun 15-də Edremitdə anadan olmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB