Rusiyalı astroloq ölü tapılıb

Məşhur astroloq Aleksandr Kolesnikovun meyiti Moskva otellərindən birində aşkarlanıb.

SİA MK-yə istinadən xəbər verir ki, o, 62 yaşında qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, astroloq şənbə günü, fevralın 17-nə keçən gecə “Kiyevskaya” otelinin otaqlarından birində ölü tapılıb.

Onun ölüm səbəbi dəqiqləşdirilməyib.

Onu da qeyd edək ki, Alexander Kolesnikov ezoterizmlə bağlı bir sıra məqalələrin, proqramların və kitabların müəllifidir.

O, 30 ilə yaxın astrologiyanı öyrənib və öyrədirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə