Gəncədə 5 otaqlı ev tamamilə yanıb - FOTOLAR

Gəncədə 5 otaqlı ev tamamilə yanıb - FOTOLAR

Gəncə şəhərində fərdi evdə yanğın olub. SİA-nın məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com