Yevlaxda yaşayış yeri olmayan ailəyə çadır ev qurulub - VİDEO

Yevlaxda yaşayış yeri olmayan ailəyə çadır ev qurulub - VİDEO

Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması məlum olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

https://youtu.be/dTECGSP3Wfc

Bütün xəbərlər Facebook səhifəmizdə