Xaçmazda ağır yol qəzası

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində "TIR" və "Mercedes" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar avtomobillərdən FHN xilasedicilərinin köməyi ilə çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə