Gözəllik salonundan 4 min manatlıq OĞURLUQ

Gözəllik salonundan 4 min manatlıq OĞURLUQ

Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə