Başqasının arvadına görə qulağını kəsməklə hədələyiblər...

Başqasının arvadına görə qulağını kəsməklə hədələyiblər...

Moskvada 4 maskalı başqasının arvadı ilə nalayiq hərəkət etdiyi üçün kişini döyüb və qulağını kəsməklə hədələyiblər. SİA REN TV-yə istinadən xəbər verir ki, hadisə Qolubinskaya küçəsindəki evlərdən birinin yaxınlığında baş verib.

Belə ki, maskalılar səhər tezdən evinin girişinin yaxınlığında kişiyə hücum ediblər.

Onlar kişinin başqasının arvadına qarşı nalayiq davrandığına görə Moskvanı tərk edəcəyini bildiriblər. Bundan sonra maskalılar silahı çıxararaq kişini təpikləyiblər və sonra onun qulağını kəsəcəkləri ilə hədələyiblər.

Bunu REN TV bildirib.

Maskalılar həmin şəxsin telefonunu alaraq üzünə qaz balonunu çiləyərək gözdən itiblər. Zərərçəkmiş təcili yardıma gedərək polisə ifadə verib. Həkimlər kişiyə kəllə-beyin travması və üzündə birinci dərəcəli kimyəvi yanıq diaqnozu qoyublar. Hazırda yoxlama aparılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə