75 kiloqrama yaxın narkotik aşkarlanıb

75 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik vasitə aşkar edərək götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə