Xankəndidə avtomat, tapança və qumbaralar tapıldı

Xankəndidə avtomat, tapança və qumbaralar tapıldı

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə