Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb- YENİLƏNİB

Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb- YENİLƏNİB

Qubada baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:06

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

..."Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə