Güllə yarası alan Mingəçevir sakini dünyasını dəyişib

Güllə yarası alan Mingəçevir sakini dünyasını dəyişib

Fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, A. Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə