Tolyattidə otel kompleksi yanıb…

Tolyattidə otel kompleksi yanıb…

Rusiya Federasyasının Tolyatti şəhərindəki otel kompleksində yanğın baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildiriblər.

Deyilənlərə görə, ilkin yanğınsöndürmə və xilasetmə qüvvələrinin cəlb edilsə də, otel kompleksinin 800 kv.m-dən çox sahəsi yanıb.

Yanğının Sportivnaya küçəsi, 23 ünvanında baş verdiyini bildirilir. Otelində baş verən yanğın zamanı iki böyük və bir uşaq xəsarət alıb. Hadisənin baş vermə şəraiti Jeleznodorojni Rayon Prokurorluğu tərəfindən araşdırılıb və nəzarət orqanı yanğın təhlükəsizliyi tələblərinə, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinə riayət olunmasını yoxlayıb.

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, yanğının söndürülməsinə 75 canlı qüvvə və 24 texnika cəlb olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə