"Zaqatalada sinif yoldaşları ilə birgə avtomobillə vurulan məktəblinin vəziyyəti ağır stabildir" - KTM
Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. SİA-nın məlumatına görə, R.Məmməd bildirib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB