Uşaqların olduğu avtobus ağır yük maşını ilə toqquşub

Uşaqların olduğu avtobus ağır yük maşını ilə toqquşub

Kareliyanın Pitkyaranta bölgəsində uşaqların olduğu avtobus ağır yük maşını və mikroavtobusla toqquşub.

SİA xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin region üzrə rəsmi Telegram kanalında məlumat yayılıb.

Hadisə fevralın 9-da günorta saatlarında Suojärvi - Koirinoja avtomobil yolunun 86-cı kilometrliyində baş verib. İdarədən verilən məlumata görə, avtobusun sürücüsü təhlükəli dönmə zamanı idarəetməni itirərək qarşıdan gələn zolağa çıxan mikroavtobusu vurub, daha sonra isə ağır yük maşını ilə toqquşub.

…Avtobusda 27 uşaq, onu müşayiət edən dörd nəfər və bir sürücü olub. Hadisə yerindən verilən məlumata görə, hadisə nəticəsində iki azyaşlı və ağır yük maşınının sürücüsü xəsarət alıblar.

Bu, respublika Daxili İşlər Nazirliyindən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə