Kürdəmirdə anasının başını kəsən şəxs fəhlə işləyirmiş - Bələdiyyə sədri DANIŞDI

Kürdəmirdə anasının başını kəsən şəxs fəhlə işləyirmiş - Bələdiyyə sədri DANIŞDI

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini 43 yaşlı İlham Alıyev yaşadığı evdə anası, 75 yaşlı Nəsibə Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Məlumata görə, şəxs anasının başını kəsib. SİA xəbər verir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün Şıxımlı kənd bələdiyyəsinin sədri Əmrah Cəlalovla əlaqə saxlanılıb.

O qeyd edib ki, hazırda cinayətin təfərrüatlarını öyrənmək üçün müvafiq orqanlar hadisə yerinə gəliblər.

“Burada 200-300 adam var. Hərə bir söz deyir. Lakin dəqiq heç nə yoxdur. Bu baxımdan nəsə demək mümkün deyil”.

Ə.Cəlalov cinayəti törətməkdə şübhəli şəxslə bağlı da danışıb: “Orada-burada fəhləlik məşğul olurdu. Kənd arasında elə sakinlərdən biri kimi tanınır”.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə