Bakıda ofisin seyfindən 14800 manat oğurlanıb

Bakıda ofisin seyfindən 14800 manat oğurlanıb

Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə