Avtobus piyadanı vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, qəza Zabrat şosesində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nəsirov Elsəvər Vəli oğlu yolu keçərkən onu 217 saylı sərnişin avtobusu vurub. Yaralı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə